31 Oktyabr, 2014
Təyyarə qəzasında yeni cəsəd qalıqları tapılıb

Ukraynada “Boeing 777” təyyarəsinin qəzaya uğradığı ərazidə yeni insan qalıqları aşkarlanıb.

Simsar.az-ın məlumatına görə, bu barədə Hollandiyanın baş naziri Mark Ryutte “Agence France-Presse” bildirib.

Baş nazir yeni qalıqları Ukraynanın şərqində təyyarənin qəza yerində olmuş beynəlxalq ekspertlər qrupunun aşkar etdiyini qeyd edib.

"Cümə günü yığılmış bədən hissələri indi birinci ekspertiza üçün Xarkova çatdırılacaq, sonra onlar Niderlanda aparılacaq", - nazir Haaqada mətbuat konfransında deyib.

Ryuqqe qeyd edib ki, aviaqəza ərazisində vəziyyət daim dəyişir.

"Bir gün orada nisbətən sakit olur, amma başqa gün qəza yeri döyüş keçirilən cəbhə xəttinə çevrilə bilər",- Holland baş naziri vurğulayıb.

Qeyd edək ki, iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçan “Boeing 777” təyyarəsi Donetsk ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 298 nəfər həlak olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!