31 Oktyabr, 2014
Məzahir Pənahov mağazalara məsləhət gördü – AÇIQLAMA

“Plakatlar ticarət mərkəzlərində daha gözəl görünür”.

Simsar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi iclasda deyib.

MSK sədri bildirib ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı çağırış plakatları əhalinin sıx olduğu ictimai yerlərdə asılmalıdır.

Onun sözlərinə görə, artıq bunun zamanı çatıb: “Plakatlar yapışdırılandan sonra binaların divarların təmizləmək çətin olur. Çağırış plakatlarının küçələrdə şüşə vitrinlərdə asmağı daha məqbul hesab edirəm. Artıq ticarət mərkəzlərində gözəl şüşə vitrinlər var. Plakatlar o vitrinlərdə daha gözəl görünür”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!