31 Oktyabr, 2014
Ordu hakimiyyəti ələ aldı - ÇEVRİLİŞ

Qərbi Afrikada yerləşən Burkina Fasoda inqilab baş verib.

Axar.az xəbər verir ki, 27 il hakimiyyətdə olan Prezident Blez Kompaore devrilib.

Paytaxt Vaqaduquda dünəndən başlayan hadisələr bu gün ordunun hakimiyyəti ələ alması ilə nəticələnib.

Ordunun Baş qərargah rəisi Honore Traore verdiyi açıqlamada 1 illik müvəqqəti hökumətin yaradılacağını, qanunlarda ciddi dəyişikliklər ediləcəyini deyib.

Xatırladaq ki, ölkənin qarışmasına səbəb sabiq Prezident Kompaorenin 2015-ci ildə keçiriləcək prezident seçkisində təkrar namizəd olması üçün qanun layihəsini parlamentə təqdim etməsi olub.

Sabiq prezidentin indi harada olduğu barədə isə məlumat yoxdur.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!