31 Oktyabr, 2014
Beş partiyanın nümayəndəsi qeydə alındı – MSK

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Simsar.az xəbər verir ki, ilk olaraq 27 oktyabr 2014-cü il tarixli iclasın protokolu təsdiqlənib.

Sonra Aydın Böyükişi oğlu Mirzəzadəyə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən MSK-ya məşvərətçi səs hüquqlu üzv təyin edilib.

Daha sonra 2014-cü il dekabrın 23-nə təyin edilən bələdiyyə seçkilərində Azərbaycan Demokratik İslahatlar Partiyasının, Azərbaycan Sosial Demokrat Partiyasının, Böyük Qurtuluş Partiyasının, Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

İclasda bəzi Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik edilib.

Sonda cari məsələlər müzakirə olunub.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!