31 Oktyabr, 2014
“Windows 7”-nin ömrü bitdi

ABŞ-ın mərkəzi texnalogiya nəhəngi olan Micrasoftun bilgisayarlar üçün hazırladığı sistemin vaxtı bitdi. Simsar.az xəbər verir ki, irkətin verdiyi açıqlamaya görə, bu gündən etibarən istifadəçilər “Windows 7”-ni bilgisayarlarına yükləyə bilməyəcəklər.

Ötən ay “Windows” un yeni versiyası “Windows 10” nu təqdim edən Micrasoft bu məhsulunu hələ ki, bazara çıxarmayıb. Ona görə də yeni bilgisayar alan istifadəçilər bir müddət Micrasoftun ən sevilməyən sistemi olan “Windows 8” lə kifayətlənməli olacaqlar.

Şirkət hələlik test mərhələsində olduğunun açıqladığı “Windows 10” istifadəçilərinin də köməkliyi ilə daha yaxşı bir platforma halına gətirməyi planlaşdırır. “Windows 10”un 2015-c ildə  satışa çıxarılması gözlənilir.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!