31 Oktyabr, 2014
“Azəriqaz”dan qış rejimi ilə bağlı AÇIQLAMA

“Azərbaycanda noyabrın 15-dən qaz sistemi qış rejiminə keçəcək”.

Bu barədə Simsar.az-a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Şöbədən bildirilib ki, sovet dövründə qış və yay rejimi mövcud olub və təminat hesabat normativləri əsasında aparılıb: “Bəlli bir tarix var idi ki, həmin tarixdə yay, qış mövsümünə keçidlə bağlı rejimlər dəyişirdi. Hazırda bu sistem qismən aradan qaldırılıb. Bu, qaz tələbatına uyğun olaraq tənzimlənir. Noyabrın 15-dən qazanxanalara qazın verilməsinə başlanılacaq. Qaza olan tələbata artarsa qazın təzyiqi artırılacaq”.

“Azəriqaz”dan o da qeyd olunub ki, qaz çəkilməyən ucqar rayon və kəndlərin qazlaşdırılması prosesi tədbirlər planına salınıbsa bu il mövsüm başlayana qədər həmin kəndlərin qazla təminatı tamamlanacaq.

Aysel Kərimova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!