31 Oktyabr, 2014
Ermənistan Rusiyanı aldadır?

“Avropa Birliyi Ermənistan mühüm tərəfdaşlarından biri olaraq qalır”.

Simsar.az yerli medyaya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.

Koçaryanın sözlərinə görə, yaxın vaxtlarda Avropa Birliyi ilə ticari-iqtisadi əməkdaşlığın gələcək perspektivləri barədə işçi müzakirələr gözlənilir: “Ermənistan, Avrasiya İqtisadi Birliyində olan öhdəlikləri nəzərə alaraq, Avropa Birliyi ilə ziddiyyətə yol vermədən əməkdaşlığın dərinləşməsində maraqlıdır”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!