15 Aprel, 2011
Bakıda hava isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti aprelin 15-nə olan hava proqnozunu açıqlayıb 

Simsar.az-ın məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-8 dərəcə isti, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə aprelin 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti təşkil edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!