31 Oktyabr, 2014
“Azəriqaz”-dan xəbər var - AÇIQLAMA

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə namizəd yoxdur.

Bu barədə Simsar.az-ın sorğusuna cavab olaraq, “Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Şöbədən bildirilib ki, İctimaiyyətlə əlaqələr şöbəsinə rəis kimi təyinat haqda rəsmi qərara verilməyib: “Hələ ki, ünvanlanan sualları şöbədə çalışan əməkdaşlar cavablandıracaq”.

Qeyd edək ki, Araz Ağayev bir neçə gün əvvəl  Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib.

Araz Ağayev 2012-ci ildə “Azəriqaz”da mətbuat xidməti vəzifəsinə təyin edilib. Onun yerinə isə hələlik heç kim təyin edilməyib.

Aysel Kərimova

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!