31 Oktyabr, 2014
Avropa Birliyi Ermənistana 34,4 mln. avro verdi

Ermənistanın 2015-ci il üçün büdcə layihəsində Avropa İttifaqının ayıracağı qrantların məbləği 34,4 mln nəzərdə tutulub.

Simsar.az yerli medyaya istinadən xəbər verir ki,  bu barədə maliyyə nazirinin birinci müavini Pavel Safaryan Ermənistanın gələn il üçün dövlət büdcəsi ilə bağlı Milli Məclisin daimi komissiyalarında başlanmış müzakirələr zamanı bildirib.

Nazir müavini bildirib  ki, ayrılacağ məbləğdən14,4 mln. Avroru konkret proqram məqsədli qrant qismində daxil olacaq, 20 mln. avro qrant kimi büdcəyə yardım kimi ödənəcək. Həmin vəzaitlər Ermənistan hökumətinin qərarı ilə xərclənəcək.

O qeyd edib ki, Avropa İttifaqının qrantların həcmi 2015-ci ildə də demək olar ki, eyni səviyyədə qalacaq.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!