31 Oktyabr, 2014
“Barrozo suyu üfürə-üfürə içirdi” – AÇIQLAMA

“Manuel Barrozo bu günə kimi suyu üfürə-üfürə içirdi, başqa çarəsi yox idi”.

Simsar.az-ın məlumatına görə, Atlas Arşadıramalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, o, bu vəzifədə 10 ildir çalışır: “İqtisadi böhran illərində Avropa Birliyinin 28 ölkəsinin maraqlarını balanslaşdırmaq və qorumaq asan iş deyildi. Bu biri tərəfdən də Ukraynadakı müharibə və Rusiyaya qarşı sanksiyalar. Barrozu Azərbaycanla assosiativ saziş imzalamaq istəyirdi. Alınmadı, ancaq bundan faciə də düzəltmədi”.

Qeyd edək ki, portuqaliyalı Joze Manuel Barrozo Avropa Komissiyasının sədri vəzifəsini tərk edir.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!