31 Oktyabr, 2014
İşdən qovulan polis əməkdaşı həbs olundu

Azərbaycanda deputatlığa keçmiş namizəd həbs edilib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Osmanov Mehralı Məhəmməd oğlu Cinayət Məcəlləsinin 237.2.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə - bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.

M.Osmanov Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M. Osmanov uzun illər polis orqanlarında çalışıb. Bir müddət əvvəl isə xidmətdə yol verdiyi nöqsanlara görə işdən qovulub.

M.Osmanov 2010-cu ildə keçirilən Parlament Seçkilərində 109 saylı Balakən Seçki Dairəsindən deputatlığa namizəd olub.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!