31 Oktyabr, 2014
Aşuranın qeyri-iş günü olması ilə bağlı TƏKLİF

“Bir çox insanlar Aşura ilə əlaqədar işdə olmurlar. Buna görə də onlara şərait yaradılmalıdır”.

Bunu Simsar.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Pənah Hüseyn deyib.

O bildirib ki, Aşuranın qeyri-iş günü kimi elan olunması onun tərəfindən bir neçə il əvvəl təklif kimi irəli sürülüb: “Azərbaycanın bir sıra bölgələrində bu gün davamlı olaraq qeyd edilir. Amma rəsmi dairələr tərəfindən təqdir olunmur”.

P. Hüseyn bildirib ki, bir müddət əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı da bu məsələ ilə bağlı mövqeyini açıqlayıb: “Onun şərhində belə anlaşılır ki, Aşura günün qeyri iş günü kimi elan olunması Komitə və onun sədri tərəfində məqbul hesab edilmir. Amma bir sıra Avropa ölkəsində bu məsələ ilə bağlı aktlar qəbul edilib”.

P. Hüseyn analoji məsələlərin ümumi hüquqlar çərçivəsində həll olunmasının tərəfdarı olduğunu da qeyd edib: “Elə edilməlidir ki, ayrı seçkilik yaranmasın”.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!