31 Oktyabr, 2014
Göyərçin oğurlayarkən damdan yıxılıb öldü

İstanbulun Kadıköy səmtində 4 mərtəbəli bir binanın damında gəzən Akın İdigü  yıxılaraq ölüb.

38 yaşlı Akın İdigünün bitişik binanın damındakı göyərçinləri oğurlamaq məqsədiylə damda gəzişdiyi irəli sürülüb. Adını vermək istəməyən bir vətəndaş: “Əvvəllər də bir neçə dəfə dostumun quşlarını oğurlanmışdı. Yəqin yenə quşları oğurlamaq istəyərəkən yıxılıb ölüb” – deyə ifadə verib.

Polisin apardığı ilkin araşdırmalar zamanı İdigünün narkotik maddədən istifadə etmək və satmaqda günahlandırıldığı ortaya çıxıb.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!