31 Oktyabr, 2014
Avtobusa minənlərə qızıl veriləcək!

Birləşmiş Ərəb Əmirliklərində avtobusdan istifadə edənlərə qızıl veriləcək.

Axar.az xəbər verir ki, Dubay rəhbərliyi yol problemini həll etmək üçün maraqlı addım atıb.

Yeni layihəyə görə gün ərzində avtobusdan istifadə edən şəxslər xüsusi mükafatların sahibi olacaqlar. Qalib püşk atma yolu ilə seçiləcək. Qaliblərə mükafat olaraq 1 milyon dirhəm (215 min avro) və 4 kilo qızıl veriləcək.

Qeyd edək ki, Dubayda sərnişin nəqliyyatına təlabat olduqca aşağıdır. Son hesabatlara görə, Dubayda əhalinin cəmi 13 faizi sərnişin nəqliyyatından istifadə edir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!