31 Oktyabr, 2014
Azərbaycanlıların qəhrəmanlığı Serb filmində

Serbiyanın dövlət radio və televiziya kanalında (RTS) Belqrad şəhərinin faşist işğalından azad olunmasının 70 illiyi ilə əlaqədar sənədli film nümayiş etdirilib.

Simsar.az xəbər verir ki, filmi IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, RTS-in baş redaktorunun müavini Boyan Brkiç ərsəyə gətirib.

Filmdə Belqradın azad olunmasında bilavasitə iştirak etmiş, 90 faiz azərbaycanlılardan təşkil olunmuş “Qırmızı bayraqlı 223-cü Belqrad diviziyası” haqqında xüsusi məlumat verilib.

Ekran əsərində B.Brkiçin həmin diviziyanın əsgəri olmuş müharibə veteranı Zülfəli Əliyevdən aldığı müsahibə də yer alıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!