15 Aprel, 2011
Bərdənin Qəhrəmanlı kəndinə qaz verildi

Qazlaşdırılmış kənd tipli yaşayış məntəqəsinin sayı 26-ya çatıb

Bərdənin Qəhrəmanlı kəndinə təbii qaz verilib. APA-nın Qarabağ bürosu verdiyi xəbərə ki, bununla da rayonun qazlaşdırılmış kənd tipli yaşayış məntəqəsinin sayı 26-ya çatıb. Kəndin qazla təmin olunması üçün magistral qaz kəmərindən bu yaşayış məntəqəsinə 5110 m uzunluğunda boru xətti quraşdırılıb. Kəndarası xətlərin uzunluğu isə 3991 metrə bərabərdir. 
Yaxın gələcəkdə rayonun Saatlı, Nazırlı, Hacılar, Qazaxlar və Həsənqaya kəndlərinin də sakinləri təbii qazdan istifadə edəcəklər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!