31 Oktyabr, 2014
Bakı nefti ucuzlaşdı

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,08 dollar ucuzlaşaraq 81,12 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,88 dollar azalaraq 86,24 dollar olub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AzərTAc-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,68 dollar ucuzlaşaraq 88,84 dollar təşkil edib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!