31 Oktyabr, 2014
Bakının ən tıxaclı küçəsi genişləndirilir –PROBLEM ÇÖZÜLÜR

Bakıının Tbilisi prospektində - Seyid Cəfər Pişəvəri küçəsinin kəsişməsindən Rövşən Cəfərov küçəsinin kəsişməsinə qədər olan yol genişləndirilir.

Simsar.az xəbər verir ki, adı çəkilən ərazidə yolun genişləndirilməsi işlərinin həyata keçirilməsi üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin texnikaları cəlb olunub.

“Azəryolservis” ASC-nin ərazidə çalışan işçilərinin Simsar.az verdiyi məlumata görə, gələn ayın sonuna kimi işlər tam yekunlaşacaq: “Bu yol, Pişəvəri küçəsinin kəsişməsindən başlayaraq metronun “20 Yanvar” stansiyasının çıxışına kimi genişləndiriləcək. Pik saatlarında burda böyük tıxac yaranır. Məhz buna görə də yolun genişləndirilməsi üçün nazirlik tərəfindən göstəriş verilib”.

Hüseyn İbadlı

Fotolar müəllifindir:

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!