31 Oktyabr, 2014
Həsən Ruhani Azərbaycana rəsmi səfər edəcək

İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri gözlənilir.

Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfərin dəqiq vaxtı hələ məlum olmasa da, yaxın 20 gün ərzində baş tutacağı gözlənilir. Bu, Həsən Ruhaninin prezidentlik dövründə Azərbaycana ilk rəsmi səfəri olacaq.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bu il aprel ayının 9-da İranda rəsmi səfərdə olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!