31 Oktyabr, 2014
Yenə qaz olmayacaq - “Azəriqaz”

Azərbaycanda evlərə qaz məhdudiyyətlərlə veriləcək.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 13:00-dək Səbail rayonunun bir hissəsinə, saat 15:00-dək Sabunçu rayonunun bir hissəsinə, saat 17:00-dək Kürdəmir rayonunun bir hissəsinə, saat 18:00-dək isə Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarına, Masallı, Cəlilabad rayonlarının bir hissəsinə, Yevlax rayonunun Marzılı, Yenicə, Xaldan və Hacıselli kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Simsar.az

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!