15 Aprel, 2011
PKK-nın 4 üzvü diri-diri yandırıldı

PKK terror təşkilatının insanlığa sığmayan cinayətləri davam edir 

Simsar.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, aprelin 4-də həbsdə olan təşkilat rəhbəri Abdulla Öcalanın doğum günündə 4 PKK üzvü yandırılıb. Terror təşkilatı xəyanətdə suçladığı Rıdvan Bozanı Haftanidə, Xəlil Əlini Hakurkda, Mazlum Arcagökü Hinarədə, Kamil Aslanı isə Qəndildə yandıraraq qətlə yetirib.
Daha sonra isə terror təşkilatından həmin şəxslərin ailələrinə məktub göndərilib. Məktubda deyilir: “Onlar silahlı qüvvələrlə döyüşdə şəhid oldular, onlar qəhrəmandırlar”!

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!