31 Oktyabr, 2014
Təyyarə Karib dənizinə düşdü – Ölənlər var

Karib dənizində təyyarə qəzası baş verib.

Simsar.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, qəzaya uğrayan təyyarə ikimühərrikli SH36 markalı yük təyyarəsi olub.

Hadisə zamanı təyyarənin 1 pilotu ölüb, digərinin isə itkin düşüb. Hazırda həmin pilotun axtarışları davam etdirilir.

Ölən pilotun meyiti Sinti-Martin adası yaxınlığında tapılıb.

Qəzanın səbəblərinin araşdırılması üçün yaradılan komissiyaya ABŞ, Fransa və Niderland mütəxəssisləri cəlb olunub.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!