31 Oktyabr, 2014
Tovuzda bir-birinin ardınca iki qəza – Yaralılar var

Tovuzun Qovlar şəhərindən Gədəbəyin Saratofka kəndinə gedən yolda müxtəlif vaxtlarda iki yol qəzası baş verib.

Simsar.az-ın Türkel TV-yə istinadən verdiyi məlumata görə, rayonun Alakol kənd sakini 31 yaşlı  Elməddin Hüseynov idarə etdiyi “Vaz 2106” markalı maşınla  hərəkətdə olarkən “Mersedes” markalı maşınla toqquşub. Nəticədə sürücü də daxil olmaqla 06-nın sərnişinləri Əhmədabad kənd sakini 52 yaşlı Saleh Mustafayev onun həyat yoldaşı 42 yaşlı Zəminə Mustafayeva sürücünün həyat yoldaşı 22 yaşlı Səriyyə Hüseynova xəsarət alaraq Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Xəstələrdən ikisi amblator müayinə olunub. Digərlərinin vəziyyəti isə kafi qiymətləndirilir. Sürücü isə hadisəni belə xatırlayır.

Növbəti qəzada Tovuzun Yanıqlı kənd sakini 22 yaşlı Cavanşir Əhmədov sürücüsü olduğu “VAZ 2105” markalı avtomobili idarə etməni itirərək yol kənarındakı maneələrə çırpıb. Nəticədə sürcü və onun sərnişini 23 yaşlı Xasay Əhmədov xəsarət alıb. Yaralılar Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Növbətçi həkimin verdiyi məlumata görə, xəstələrə lazımı tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur. Cavanşir Əhmədov isə törətdiyini qəzanı belə xatırlayır.

Hər iki faktın baş vermə səbəbi Tovuz rayon Polis Şöbəsinin  araşdırmasından sonra bəlli olacaq.

Simsar.az

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!