31 Oktyabr, 2014
Maşın dayanacağın dördüncü mərtəbəsindən aşdı - Ölənlər var

Moskva vilayətinin Lyubertsı şəhərində avtomobil dayanacağın dördüncü mərtəbəsindən aşıb, dörd nəfər ölüb. Simsar.az TASS agentliyinə istinadən bu barədə Moskva vilayətinin polis mətbuat xidməti xəbər verir.

"Hadisə saat 21:00 radələrində "Viraj" avtoparkinq kompleksində baş verib. Dörd gənc "Toyota" avtomobili ilə hasarı qıraraq 4-cü mərtəbədən aşıb. Üç nəfər hadisə yerində həlak olub, daha bir nəfər xəstəxanaya çatdırılan zaman ölüb", - mətbuat xidmətindən deyiblər.

Hadisə yerində müstəntiqlər və Yol Patrul Xidmətinin əməkdaşları işləyirlər.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!