14 Aprel, 2011
Prezident cənub bölgəsində

İlham Əliyev Masallıda olub

İlham Əliyevin respublikanın cənub bölgəsinə səfəri başlayıb. Dövlət başçısı bu gün Masallı rayonuna gəlib.

Prezident Masallı şəhərinin mərkəzində Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Heydər Əliyevin abidəsi önünə çiçəklər qoyub.

Qeyd edək ki, səfər çərçivəsində prezident Nizami Gəncəvi adına parkın açılışında iştirak edəcək, respublika əhəmiyyətli Ələt-Astara avtomobil yolunun Masallı-Astara hissəsinin 22 km-də (Masallı-Lənkəran) aparılan hazırlıq işləri ilə tanış olacaq və yolun tikintisinə start verəcək.

Daha sonra dövlət başçısı Astaraya gedəcək. Prezident burada da bəzi sosial obyektlərin açılışında iştirak edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!