30 Oktyabr, 2014
Mercedeslə "07" toqquşdu

Gəncədə iki avtomobil toqquşub.

Simsar.az-ın məlumatına görə, bu gün axşam saat 21:00 radələrində Gəncə şəhəri Nizami və Ordubadi küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib. Gəncə sakini Zeynal Bayramov idarə etdiyi Mercedes markalı avtomobillə Nizami küçəsi ilə hərəkətdə olarkən anidən Ordubadi küçəsində qarşısına çıxan Elşən Zeynalovun idarə etdiyi VAZ 2107 markalı maşınla toqquşub. Hər iki avtomobilə xeyli ziyan dəyib. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat verilmir.

Hazırda Gəncə şəhər Yol Polisi əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!