30 Oktyabr, 2014
Təyyarə binaya çırpıldı

Amerika Birləşmiş Ştatlarının Kanzas ştatında kiçikölçü sərnişin təyyarəsi qəzaya uğrayıb.

Simsar.az-ın məlumatına görə, Viçita şəhərində baş verən hadisə nəticəsində 2 nəfər ölüb, biri ağır olmaqla 4 nəfər xəsarət alıb.

Məlumata görə, təyyarə havalandıqdan bir neçə dəqiqə sonra təyyarənin mühərrikində nasazlıq yaranıb. Pilot dərhal hava limanına geri qayıtmağa çalışıb. Lakin geri dönən zaman mühərrik sönüb. Təyyarə hava limanı yaxınlığındakı binalardan birinə çırpılıb.

Təyyarənin binaya çırpılması nəticəsində yaxınlıqdakı binalara da zərər dəyib.

Qəza ilə əlaqədar istintaq araşdırması başladılıb. Hadisə Viçita hava limanın işinə mane olmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!