30 Oktyabr, 2014
Jurnalistlər minomyotlarla atəşə tutuldu

Ukraynanın Luqansk vilayətində "Russia Today" telekanalının ərəb redaksiyasının çəkiliş qrupu atəşə tutulub.

Simsar.az-ın məlumatına görə, bu barədə telekanalın özü açıqlama yayıb.

Açıqlamaya görə, "Russia Today" telakanlının müxbiri Anna Knişenko, operator Aleksandr Jukov və assistent Nikolay Boçarov üzərində "Press" yazılmış geyimlə separatçılarla ordu qüvvələri arasında olan blokpostlardan reportaj hazırlayarkən minomyotlarla atəşə tutulublar.

Açıqlamada o da bildirilir ki, baş vermiş hadisə zamanı jurnalistlərdən ölən və ya xəsarət alan olmayıb.

Atəşin Ukrayna ordusu və ya separatçılar tərəfindən açıldığı hələlik açıqlanmır

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!