30 Oktyabr, 2014
Yaralıların adları bilindi

Bakıda sərnişin avtobusunun qəzaya uğraması nəticəsindən yaralananların adları məlum olub.

Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb. Bunlar 21 yaşlı Məmmədova Zərifə Bəhlul qızı və 27 yaşlı Zeynalova Günay Bilal qızıdır. Hər iki yaralı Biləcəri dəmiryolu xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Polis İdarəsindən o da bildirildi ki, sərnişin avtobusunun sürücüsü yolun kənarında dayanan "MAZ" markalı yük avtomobilini görmədiyindən ona çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!