30 Oktyabr, 2014
Müsavat Qubad İbadoğluna "YOX" dedi

Bu gün Müsavat Partiyasının Mərkəzi-Nəzarət Təftiş Komissiyasının (MNTK) iclasında başqanlığa sabiq namizəd Qubad İbadoğlunun partiyanın qurultayındakı pozuntularla əlaqədar təqdim etdiyi arayışa baxılıb.

MNTK sədri Sevinc Hüseynova APA-ya açıqlamasında bildirib ki, təqdim edilən arayış araşdırılıb və heç bir nizamnamə pozuntusuna rast gəlinməyib: “Bütün iradlar sənədlərlə tədqiq edilib, hər hansı nizamnamə pozuntusu yoxdur”.

Xatırladaq ki, sentyabrın 27-də Müsavat Partiyasının VIII qurultayı keçirilib. Arif Hacılı 228 səslə başqan seçilib. Q. İbadoğlu isə 200 səslə ikinci olub.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!