30 Oktyabr, 2014
“İran çətin qərarlar qəbul edə bilər” - Con Kerri

İran yaxın həftələrdə çətin qərarlar qəbul edə bilər.

Simsar.az-ın “Frans Press”ə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla ABŞ dövlət katibi Con Kerri çıxış edib.

C. Kerri qeyd edib ki, söhbət İranın nüvə proqramı ilə bağlı olan qərarlardan gedir.

“Biz çox ehtiyatlı olacağıq. Hər şey ekspertlərin tövsiyələrinə əsaslanacaq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, İranın nüvə proqramına qoyulacaq məhdudiyyətlərlə bağlı qərar noyabrın 24-dək qəbul olunmalıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!