30 Oktyabr, 2014
Ər məhkum arvadına telefon keçirmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları, 4 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısını alıb.

Simsar.az  Penitensiar Xidmətin mətbuat xidmətinə istinadən xəbər verir ki, məhkum Zəhra Süleyman qızı Xasanova ilə görüşə gəlmiş həyat yoldaşı Surac Torun oğlu Məmmədovun üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman onun gödəkcəsinin sol cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı və 1 ədəd “Cin” danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!