30 Oktyabr, 2014
5 min nəfərin ölümünə səbəb olan uşaq

Dünya qlobal bəlaya çevrilən Ebola virusunun hansı yolla yayılması məsələsini müzakirə edir.

Simsar.az xəbər verir ki, son məlumatlara görə Ebola virusu, keçən il ölən 2 yaşlı Emile Ouamouno adlı oğlan uşağından yayılıb.

Emilenin arasında anası, bacısı və nənəsinin yer aldığı 14 nəfərin də Eboladan öldüyü bildirilir.

Xəbər verdiyimiz kimi, Dünya Səhiyyə Təşkilatı, eboladan ölənlərin sayının 5 mini keçdiyini, virusa yoluxanların sayının isə 13 min 703-ə çatdığı bildirilir.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!