30 Oktyabr, 2014
Təhsil naziri UNİCEF-in yeni təyin olunmuş rəhbərini qəbul etdi

Təhsil naziri Mikayıl Cabbarov UNİCEF-in Azərbaycan nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Andro Şilakadzeni qəbul edib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan və UNİCEF arasında təhsil sahəsində əlaqələr və gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!