30 Oktyabr, 2014
“Türkiyə suverenliyimizi pozur” - Əsəd hakimiyyətindən açıqlama

Peşmərgənin Türkiyədən keçib Kobaniyə girməsinə icazə verməsinə etiraz edən Əsəd hakimiyyəti, Türkiyəni Suriyanın suverenliyini pozmaqda ittiham edib.

Suriya Xairici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, Türkiyədən əcnəbi döyüşçülərin ölkəyə girməsi, müstəqil ölkənin sərhədlərinin pozulmasıdır.

Qeyd edək ki, İraq Kürd Regional Hakimiyyətinin İŞİD-lə döyüşmək üçün Kobaniyə göndərdiyi peşmərgə karvanı dünəndən Türkiyədədir. Karvanın bu gün tamamilə Kobaniyə keçməsi gözlənilir.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!