30 Oktyabr, 2014
Gənc vokalçı kitab yazdı

Salyanın 2800 illiyi münasibəti ilə gənc vokalçı Ramil Qasımovun “Ana Kürün laylasında” adlı kitabı işıq üzü görüb. Kitabın redaktoru Məhəmməd Nərimanoğlu, dizayneri Fərid Cavanşirdir.

R.Qasımov Simsar.az-a  bildirib ki, topluda rayonun bu günkü inkişafı, yeni müəssisələrin açılışı və rayonun tarixi öz əksini tapıb: “Dövlət başçısının Salyan şəhərinin 2800 illiyinin keçirilməsi barədə sərəncamı mənə bir yaradıcı insan kimi böyük sevinc hissi verdi. Salyanın tanınmış simalarını bu kitaba toplayıb “Ana Kürün laylasında” adlı kitabı yazmağa başladım”.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!