30 Oktyabr, 2014
Nazir: “Azərbaycanda lisenziyasız otellər bağlanacaq”

Son vaxtlar  paytaxtda və paytaxtdan kənarda fəaliyyət göstərən otellərdəki xidmət səviyyəsindən və qeyri-peşəkarlığından doğan narazılıqlara son qoyulacaq. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev  jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda lisenziyasız və keyfiyyətsiz otellər qalmayacaq: “Gələn ilin yazına qədər Azərbaycanda lisenziyasız və keyfiyyətsiz xidmət göstərən otellər bağlanacaq”. Nazir həmin otellərlə bağlı monitorinqin hazırda da davam etdirildiyini bildirib.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!