30 Oktyabr, 2014
Peşmərgə Kobaniyə qədəm qoydu

İraq Kürd Regional Hakimiyyəti tərəfindən göndərilən peşmərgə güclərinin Türkiyə üzərindən Kobaniyə keçidi davam edir.

Simsar.az xəbər verir ki, mərkəzi Londonda olan Suriya İnsan Haqqları İzləmə Təşkilatı, 10 peşmərgə döyüşçüsünün Suriyanın Kobani şəhərinə keçdiyini açıqlayıb.

Təşkilatdan bildirilib ki, qalan peşmərgələrin də qarşıdakı saatlarda Kobaniyə keçməsi gözlənilir.

Məlumat üçün bildirək ki, uzun müzakirələrdən sonra, türkiyə peşmərgə güclərinin Suriyya keçməsi üçün, Türkiyə torpaqlarından istifadə etməsinə icazə vermişdi.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!