30 Oktyabr, 2014
Gənc bəstəkarımız“Qran-pri” mükafatı aldı

Macarıstanın Balatonfüred şəhərində 3 günlük “Qızıl Payız” Beynəlxalq Musiqi Festivalı keçirilib. Simsar.az xəbər verir ki, tədbirdə 10-dan artıq ölkənin - İsrail, Rusiya, Avstriya, Ukrayna, Macarıstan, Belarus və s. nümayəndələri iştirak edib.

80 nəfərdən çox musiqiçinin qatıldığı festivalda bəstəkarlar, pianoçular və instrumental ifaçılar arasında müsabiqə keçirilib. Bəstəkarlar arasında keçirilən müsabiqədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Azərbaycan Milli Konservatoriyasının əməkdaşı Tural Məmmədli festivalın “Qran-pri” mükafatına layiq görülüb. Mükafata layiq görülən “Tünd rənglərin parıltısı” əsərini fortepianoda T. Məmmədli, skripkada isə Məleykə Əhədzadə ifa edib.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!