30 Oktyabr, 2014
Yol qəzaları ölüm saçır

Simsar.az xbər verir ki, dünən Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalar nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bundan başqa, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 69 cinayət faktı qeydə alınıb ki, onların da 39-u “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər isə tutularaq istintaq orqanlarına təhvil verilib.

Eyni gündə daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Həmçinin, cinayət törətdiklərinə görə 33 nəfər tutulub.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!