30 Oktyabr, 2014
“İŞİD”-dən kütləvi edam

Terror təşkilatı “İŞİD”, İraqın Enbar şəhərində əhli-sünnə əqidəsinə məxsus Bunmer qəbiləsindən olan 250 nəfəri edam edib.

Simsar.az xəbər verir ki, bunu Enbarın yüksək rütbəli zabiti Raşid Felih deyib. O, “İŞİD”-in Enbar şəhərində aralarında polislərin də olduğu 250 nəfəri qaçıraraq edam etdiyini bildirib. Zabit, edam edilənlərin 18-60 yaş arasında olduqlarını deyib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!