30 Oktyabr, 2014
Ölənlərin sayı 5 mini keçdi

Dünya Səhiyyə Təşkilatı Baş Direktorunun müavini Bruce Aylward, Eboladan ölənlərin sayının 5 mini ötdüyünü deyib.

Simsar.az xəbər verir ki, DST-də keçrilən mətbuat konfransında danışan Aylward, Ebolaya yoluxanların sayının 13 min 703-ə çatdığı məlumatını verib. O, virusdan ölənlərin sayının isə 5 mini keçdiyini bildirib.

Liberiyada virusun yayılma sürətində zəifləmənin və ölkədəki eboladan ölüm saylarının azaldığını deyən Aylward, “Liberiyada yeni yoluxma sayında da azalma müşahidə edirik” deyə davam edib.

Qeyd edək ki, Liberiya 4 min 665 yoluxma və 2 min 705 ölümlə virusdan ən çox zərər çəkən ölkədir. Dünya Səhiyyə Təşkilatına görə, Ebola virusundan ölümlərin böyük əksəriyyəti Qərbi Afrika ölkələri Qvineya, Sierra Leone və Liberyada müşahidə olunur.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!