30 Oktyabr, 2014
Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Azərbaycana gəlir - İLK

Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanı, general-leytenant Zəkai Aksakallının başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır.

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Z. Aksakallının başçılıq etdiyi nümayəndə heyəti noyabrın 5-dən 8-dək Bakıda səfərdə olacaq.

Bu, Türkiyə Xüsusi Təyinatlı Qüvvələri komandanlığından Azərbaycana komandan qismində ilk səfərdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!