30 Oktyabr, 2014
Çərxi-fələk tərsinə dövran edir - Balıq pişiyi ovladı - VİDEO

Yaponiyada çox qəribə, bənzəri görülməyən hadisə baş verib. Pişiklərin balıq ətini sevdiyi hər kəsə məlumdur. Bu dəfə isə hər şey əksinə olub-pişik balığı yox, balıq pişiyi yeyib.

Simsar.az xəbər verir ki, Yaponiyada bir qadın turistin çəkdiyi görüntülərdə, iki bala pişik hovuz kənarında pəncələrini suya soxaraq kiçik balıqları ovlamaq istəyiblər. Lakin gözlənilmədən sudan sıçrayan iri bir balıq pişiklərdən birini qaparaq gözdən itib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!