14 Aprel, 2011
Azərbaycanlı cazmen vəfat etdi

O, xəstəxanada keçindi

Məşhur cazmen, Bakı Caz Mərkəzininart-direktoru Emil İbrahim Məmmədov bu gün Berlindəki xəstəxanalardan birində vəfat edib. Musiqiçi xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

Paytaxtda caz musiqiçiləri ailəsində anadan olan sənətçi Bakı Musiqi Akademiyasının yetirməsi idi. Atası Azərbaycanın tanınmış bəstəkarı İbrahim Məmmədov və qardaşı, klassik pianoçu Elçin Məmmədov Azərbaycan caz musiqisinin tanınmış simalarından olub.

Bir sıra festivalların iştirakçısı olmuş cazmen caz, klassik, latın və xalq musiqisinin sintezini bacaran sənətçi kimi tanınırdı. Onun bəstələdiyi mahnılardan bir sıra televiziya proqramlarında və kino filmlərində istifadə edilib. Emil İbrahim Məmmədov bir sıra layihələrin prodüsseri rolunda da çıxış edib.

 

Mərhumun cənazəsi Azərbaycana gətirilir. Emil İbrahimin dəfn mərasimi sabaha nəzərdə tutulur.

Allah rəhmət eləsin!

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!