29 Oktyabr, 2014
Hovuza düşən atı belə xilas etdilər - VİDEO

ABŞ da hovuza düşən at xilas edilib.

Simsar.az-ın məlumatına görə, on nəfər çətinliklə də olsa heyvanı hovuzdan çıxarmağı bacarıb.

At Arizona ştatında sahibinin villasında gəzərkən hovuza düşüb. Qorxmuş heyvana kömək üçün hətta yanğın söndürənlər də gəlib. Xilas etmə işini 10 nəfər aparıb.

Xilasedicilər xüsusi kəndir və qurğular vasitəsi ilə atı xilas edə biliblər. Heyvan heç bir xəsarət almayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!