29 Oktyabr, 2014
Ermənilərə həqiqəti danışdı

Kəlbəcərdə doğmalarının qəbrini ziyarət edən zaman erməni işğalçılar tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin Xankəndidə oyuncaq rejimin düzəltdiyi "məhkəmə"si davam etdirilib.

Simsar.az-ın məlumatına görə, Dilqəm Əsgərov "məhkəmə"də çıxış edərək bildirib ki, o, Kəlbəcərə, doğma torpaqlarına heç bir pis niyyətlə gəlməyib. Əsgərov deyib ki, onun Kəlbəcərə gəlməsində əsas məqsəd anasının qəbrini ziyarət etməkdir.

Dilqəm Əsgərov erməni Smbat Tsakanyanın ölümündə iştirak etmədiyini, bu barədə heç nə bilmədiyini deyib.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev bu il Kəlbəcərə doğmalarının qəbirlərini ziyarət etməyə gedərkən Ermənistan silahlıları tərəfindən girov götürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!