29 Oktyabr, 2014
“Azadlıq” qəzetinin əməkdaşı saxlanıldı

Sosial şəbəkələrdə "Azadlıq" qəzetinin əməkdaşı Xalid Qarayevin həbs olunması haqda məlumatlar yayılıb. Xalid Qarayevin bir neçə dəqiqə bundan öncə saxlanılaraq Abşeron rayonu 4 cü polis bölməsinə aparılıdlğı bildirilib.

Simsar.az xəbər verir ki, aznews.az yayılan informasiya ilə bağlı 4 - cü polis bölməsi ilə əlaqə saxlayıb. Bölmənin növbətçisinin sözlərinə görə, onda bu haqda heç bir informasiya yoxdur.

Qeyd edək ki, jurnalist Xalid Qarayev həm də Azərbaycan Xalq Cəbhəsi partiyasının üzvüdür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!