29 Oktyabr, 2014
Müdafiə Nazirliyinin məmurlarına qarşı İTTİHAM

Gürcüstanın Baş prokurorluğu tərəfindən saxlanılan 5 nəfər müdafiə nazirliyinin yüksək rütbəli məmurundan ikisinə ittiham irəli sürülüb.

APA-nın  Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, Georgi Lobjanidze və Arçil Alavidze soyadlı məmurlar böyük həcmdə dövlət vəsaitini mənimsəməkdə günahlandırılırlar .

Xatırladaq ki, oktyabrın 28-də Gürcüstanın Baş prokurorluğu müdafiə nazirliyinin 5 nəfər yüksək rütbəli məmurunun saxlanılması barədə məlumat yayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!